Rayonlardan Bakıya gələnlərin sayı artdı - VİDEO

bu gündən etibarən Bakı, Sumqayıt, Abşeron rayonlarına gediş-gəlişlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.
Anews.az xəbər verir ki, bununla bağlı Dövlət Televiziyasında Ələt postundan reportaj yayımlanıb.
Bildirilir ki, artıq Bakı-Ələt-Qazax yolunun 65-ci kilometrliyində səhər saatlarından etibarən avtomobillərin intensivliyi müşahidə olunur. Rayonlardan Bakıya giriş istiqamətində avtomobillərin sayı artıb. Bakıdan rayonlara gedən yolda isə avtomobillərin azlığı müşahidə edilir.
www.anews.az
























