• $
  • €
  • ₽
  • ₺
  • £

"Kontakt Home" haqqında gedən şikayətlərə görə məşhur feysbuk qrupunu satın alıb - İDDİA

"Kontakt Home" haqqında gedən şikayətlərə görə məşhur feysbuk qrupunu satın alıb - İDDİA
08.09.2020 11:47
Əməkdar jurnalist və "APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı "Facebook”da populyar olan "Müştəriyəm, şikayətim var” qrupunun "Kontakt Home” şirkəti tərəfindən satın alındığını iddia edib.

Anews.az xəbər verir ki, o bu barədə elə "facebook”da yazıb. V. Mahirqızı bildirib ki, "Kontakt Home” bu addımı həmin qrupda şirkət haqqında şikayətlərin yazılmasının qarşısını almaq üçün atıb:

"Deməli, ölkədə rəqabət üçün yaxşı müstəvi olan, müştərinin şikayəti ilə tanış olub real nəticə çıxarmağa kömək olan bir "facebook” qrupu var idi.
 
"Müştəriyəm, şikayətim var” qrupu. Niyə var idi? Çünki orada ən çox şikayətlərin olduğu qurumlardan biri olan "Kontakt Home” qrupu satın alıb. İndi daha "Kontakt Home”dan şikayətləri görmək olmur. Arada bir-iki guya şikayət tipli məlumatı işıqlandırıb, sonra da onu həll edib "müştəri məmnuniyyəti" yaradırlar”.

V. Mahirqızı həmçinin iddia edib ki, "Kontakt Home” həmçinin qrupda şikayət edilən şirkətlərlə əməkdaşlıq edərək onlardan gələn şikayətləri silir:
"Başlayıblar camaatın əsəbi, şikayəti üstündə pul qazanmağa. Şirkətlərlə alverə gedib, kim əməkdaşlıq edirsə, onun şikayətini silirlər. Bu da sizə müştəriyəm, şikayətim var”.

Məsələ ilə bağlı "Kontakt Home” ilə əlaqə saxladıq. Şirkətdən Yeniavaz.com-a məsələnin aidiyyatı şöbədə araşdırılacağı və məlumat veriləcəyi bildirildi.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol