• $
  • €
  • ₽
  • ₺
  • £

Eyni bal toplayanlar arasında seçim necə aparılacaq? - RƏSMİ

Eyni bal toplayanlar arasında seçim necə aparılacaq? - RƏSMİ
08.09.2020 17:54
Müəllimlərin işə qəbulu üzrə vakant yerlərin seçimi başa çatdıqdan sonra yerləşdirmə mərhələsində eyni bal toplayan və eyni yeri seçən namizədlər arasında seçimlər müəyyən meyarlar əsasında aparılacaq.

Bu barədə Təhsil Nazirliyinin canlı yayımında çıxış edən nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verib.
O bildirib ki, bu zaman qiymətləndirilmə fərqli aparılacaq:

"Əvvəlki illərdə sualların çətinlik dərəcəsinə uyğun olaraq fərqli ballar tətbiq olunduğu üçün namizədlərin balları tam yox, kəsrlə qeydə alınırdı. Bu isə yerləşdirmə məsələsində eyni bal toplayan namizədlərin konkret vakant yerlərə yerləşdirilməsi zamanı toqquşma hallarını minimuma endirirdi.
Amma aparılan təhlillər və bu məsələdə test suallarının qiymətləndirilməsi ilə bağlı elmi yanaşmalar, sualların çətinlik dərəcəsinin müəyyən olunması ekspertlərin subyektiv mülahizələrinə dayanırdı. Bütün bunları nəzərə alaraq, təklif edildi ki, artıq hər düzgün sual 1 bal olaraq qiymətləndirilsin. Hər namizəd imtahanı bitirdikdən sonra ekranda tam balını görür. Belə olan halda toqquşma halları çox olacaq. Odur ki, burada əlavə meyarlar üzərindən qiymətləndirilmənin aparılması zəruridir”.

E.Bağırovun sözlərinə görə, qaydalara əsasən, eyni bal toplayan və eyni vakant yerə namizədlik verənlər olduğu təqdirdə namizədlərin elektron ərizələrində qeyd etdiyi digər meyarlar üzərindən qiymətləndirilmə aparılacaq:

"İlkin olaraq onların topladığı ixtisas balı əsas götürüləcək. Məsələn, hər iki namizəd 55 bal toplayıbsa, onlar arasında ixtisas suallarına daha çox düzgün cavab verən namizədə əmsal veriləcək. Beləliklə, digər namizədlə müqayisədə həmin vakant yerə üstünlük əldə edənlər yerləşdiriləcək.

Nəzərə alırıq ki, eyni bal toplayan və eyni vakant yeri seçən namizədlər arasında ixtisas suallarına bərabər sayda doğru cavab verənlərin də sayı az olmayacaq. Biz ikinci meyar üzrə də qiymətləndirmə aparmalı oluruq. Bu meyar isə təhsil göstəricisidir. Bu o deməkdir ki, iki eyni bal və düzgün cavablandırılan ixtisas suallarının sayı da bərabər olan namizədlər arasında, hansı bakalavr, magistr təhsilinə malikdirsə, eyni zamanda hər hansı elmi dərəcəsi varsa, o namizədə bu göstəricilərə görə üstünlük veriləcək. Məsələn, namizədlərdən biri orta ixtisas, digəri bakalavr təhsillidirsə, bakalavr təhsili olana 0,001 bal əlavə olunacaq və o bir addım öndə olacaq. Əgər hər iki namizəd bakalavr təhsillidirsə, yalnız birinin həm də magistr təhsili varsa, o zaman magistr təhsili olan namizədə 0,002 bal əlavə ediləcək və o, yerləşdirilmə prosesində üstünlük qazanacaq.

Eyni zamanda əlavə olaraq hansısa namizədin fəlsəfə doktoru elmi dərəcəsi və yaxud elmlər doktoru elmi dərəcəsi varsa, onlar da müvafiq olaraq 0,003 və 0,004 bal ilə qiymətləndirilərək üstünlük hüququ əldə edəcəklər.

İstisna deyil ki, bu göstəricilərin hər birinə uyğun namizədlər olacaq. Buna görə üçüncü qiymətləndirmə meyarı da nəzərdə tutulub. Belə ki, əgər təhsil göstəriciləri də, ixtisas balı göstəriciləri də iki və daha çox namizəddə eynidirsə, onların təhsil haqqında sənədlərinə baxılacaq. Ali təhsil pilləsini fərqləndirmə ilə bitirən namizədlərə əlavə bal veriləcək ki, bu da yerləşdirmə prosesində onlara üstünlük verəcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol