• $
  • €
  • ₽
  • ₺
  • £

DYP yol qəzası ilə bağlı məlumat yayıb

DYP yol qəzası ilə bağlı məlumat yayıb
11.09.2020 14:40
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol qəzası ilə bağlı məlumat yayıb.

BDYPİ-dən anews.az-a daxil olan məlumatda deyilir: 

Bu gün səhər saat 06:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən keçən 55-ci km-də 1 sərnişinin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Araşdırma zamanı müəyyən edilib ki, sürücü 1991-ci il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Ramal Bilal oğlu etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz Vito” markalı 99-XF-890 dövlət qeydiyyat nişanlı avtomobillə 10 sentyabr saat 8:30-dan Bakı və Sumqayıt şəhərlərinin ərazisində mütəmadi olaraq hərəkətdə olub, saat 17:30 radələrində Tovuz rayonu istiqamətinə gedib, saat 22:30-da həmin əraziyə çatsa da istirahət etmədən, yəni 11 sentyabr gecə saat 2 radələrində yorğun vəziyyətdə Bakı şəhəri istiqamətinə hərəkətə başlayıb və səhər saat 6:20-də sükan arxasında yuxuya gedərək yol kənarında dayanmış vəziyyətdə olan yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində Tovuz rayonu ərazisində sərnişin qismində avtomobilə minmiş, şəxsiyyəti hələlik müəyyən edilməyən 45-50 yaşalrında bir kişi həlak olub, 5 nəfər isə xəsarət alıb.

Son günlər respublikanın rayonlararası avtomobil yollarında sərnişin oturacaqlarının sayı 7-8 nəfər olan minik avtomobillərinin hərəkət intensivliyində artım müşahidə olunduğunu nəzərə alaraq, analoji hadisələrin təkrarlanmaması məqsədilə DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarından, xüsusilə ölkənin müxtəlif şəhər və rayonlarına getmək üçün taksi xidmətlərindən istifadə etmək məcburiyyətində qalan sərnişinlərdən xahiş edir ki, öz təhlükəsizliklərinin təmin olunması üçün qanunsuz fəaliyyət göstərən taksi xidmətlərindən istifadə etməklə və ya tanımadıqları sürücülərlə gecə saatlarınada uzaq məsafəli səfərlərə çıxmasınlar. Çünki həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin iş və istirahət rejiminə hər hansı təşkilat, yaxud şirkət tərəfindən nəzarət edilmədiyinə görə daşımanın təhlükəsiz olacağına heç bir təminat verilmir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol