• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Türkiyə XİN: "Bərdəyə hücumu lənətləyirik"

Türkiyə XİN:
28.10.2020 17:38
"Dünənki qəddar təcavüzün ardından Ermənistan Azərbaycanın münaqişə zonasından kənarda olan Bərdə şəhərindəki dinc əhaliyə alçaqca və xaincə növbəti dəfə hücum edib. Bu hücum nəticəsində, ilkin məlumata görə, 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb. Dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, Can Azərbaycana başsağlığı və mətanət diləyirik”.

Anews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

"Ermənistanın uşaq demədən, gənc, yaşlı ayırd etmədən dinc əhaliyə qarşı davam etdirdiyi bu alçaq hücumları lənətləyirik. Ermənistanın dinc əhalini terrorizə etmək və qətl etmək üçün yürütdüyü bu xain siyasət Xocalı qətliamının arxasında yatan xəstə zehniyyətin təzahürüdür. İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir. Bu son hücum Ermənistanın etdiyi və məsuliyyətə cəlb olunacağı hərbi cinayətlər siyahısında öz utanc yerini tutub.
 
Başda Minsk qrupu həmsədrləri olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistana lazımi reaksiyanı göstərməsinin zamanı çoxdan yetişib”, - bəyanatda qeyd olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Cəmiyyət 17:10
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Cəmiyyət 16:56
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Cəmiyyət 16:21
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:00
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Tovuzda parkdan kişi meyiti tapılıb
Cəmiyyət 15:30
Tovuzda parkdan kişi meyiti tapılıb
Bərdə sakini Ağdərədə minaya düşüb
Cəmiyyət 14:29
Bərdə sakini Ağdərədə minaya düşüb
Samuxda yük avtomobili yanıb
Cəmiyyət 12:58
Samuxda yük avtomobili yanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:30
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:14
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol