• $
  • €
  • ₽
  • ₺
  • £

İşğaldan azad olunan yerlərin yenidənqurulma planları hazırlanır

İşğaldan azad olunan yerlərin yenidənqurulma planları hazırlanır
05.11.2020 22:30
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yaponiyanın Azərbaycanda səfiri Cuniçi Vadan ilə görüşüb.

Komitədən Anews.az -a verilən məlumata görə, komitə sədri Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və son hərbi təxribatları, beynəlxalq humanitar hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və təcavüzə məruz qalmış öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə səfirə məlumat verib. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuz tərəfindən beynəlxalq hüququn tələblərinə uyğun olaraq vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə apardığı anti-terror və sülhə məcburetmə əməliyyatarı nəticəsində işğaldan azad olunan şəhərlərin və digər yaşayış məntəqələrinin yenidənqurulması və gələcək inkişafının əsasını təşkil edən baş planlar və digər ərazi planlaşdırılması sənədlərinin işlənməsi ilə bağlı Komitə tərəfindən müvafiq hazırlıq işləri aparılır.

Səfir Cuniçi Vada Azərbaycanda beynəlxalq hüququn tələbinə uyğun olaraq tezliklə sülhün bərqərar olunacağına inandığını bildirib, Yaponiyanın ölkəmizlə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bir çox sahələrdə mövcud olan əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə iki ölkənin müvafiq dövlət orqanları və digər aidiyyəti təşkilatları arasında şəhərsalmanın planlaşdırılması və təşkili sahəsində əməkdaşlığın inkişafı, o cümlədən layihələndirmədə və şəhər həllərində aparıcı informasiya texnologiyalarının tətbiqi sahəsində təcrübə mübadiləsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol