Fatih Portakal azərbaycanlı yanğınsöndürənləri paylaşdı - Video
![Fatih Portakal azərbaycanlı yanğınsöndürənləri paylaşdı - Video Fatih Portakal azərbaycanlı yanğınsöndürənləri paylaşdı - Video](https://anews.az/photo/850x500/2021-08/1627925854_fatih.png)
Türkiyənin tanınmış xəbər aparıcısı Fatih Portakal qardaş ölkədə meşə yanğınlarının lokallaşdırılması üçün Azərbaycandan ezam olunan yanğınsöndürənlərin əməyini yüksək qiymətləndirib.
"Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video paylaşan aparıcı onlara göstərdikləri fədakarlıqlara görə təşəkkür edib.
Daha sonra F. Portakal azərbaycanlı yanğınsöndürənlərə yaxınlaşaraq onlarla salamlaşıb. Göstərdikləri əməyə görə təşəkkür edib.
Qeyd edək ki, bu gündən FHN-nin 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 ədəd tibbi yardım avtomobili, 220 nəfər yanğınsöndürən və xilasedici daxil olan ikinci yardım qrupu yanğın baş verən ərazilərdə xidmətə başlayıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər əməkdaşından ibarət ilk qrup isə iyulun 30-da Türkiyəyə yollanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər