“Qardaşlarımıza “xoş gəlmisiniz” deyirik” - Türkiyə MN
![“Qardaşlarımıza “xoş gəlmisiniz” deyirik” - Türkiyə MN “Qardaşlarımıza “xoş gəlmisiniz” deyirik” - Türkiyə MN](https://anews.az/photo/850x500/2021-09/1630592713_turazz.jpeg)
Türkiyənin Milli Müdafiə Nazirliyi sentyabr ayında Konyada keçiriləcək "TurAz Şahini-2021” hərbi təlimləri ilə bağlı məlumat paylaşıb.
"Konyada "TurAz Şahini-2021” hərbi təlimlərində iştirak edəcək Azərbaycan Hava Qüvvələrinin 2 Mig-29 və 2 Su-25 təyyyarələri 78 personal ilə ölkəmizə gəldi. Qardaşlarımıza "xoş gəlmisiniz" deyirik”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, "TurAz Şahini-2021” hərbi təlimləri sentyabrın 6-dan 17-nə kimi davam edəcək.
![](https://anews.az/file/articles/2021-09/1630592707_rr.jpg)
![](https://anews.az/file/articles/2021-09/1630592713_turazz.jpeg)
![](https://anews.az/file/articles/2021-09/1630592710_kl.jpg)
![](https://anews.az/file/articles/2021-09/1630592746_pl.jpg)
www.anews.az
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)