• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Zakir Həsənovla Hulusi Akar təlimləri izlədi - Fotolar

Zakir Həsənovla Hulusi Akar təlimləri izlədi - Fotolar
14.09.2021 19:31
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən  "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak  etmək üçün Konya şəhərinə gəliblər.

Müdafiə Nazirliyindən Anews.az-a verilən məlumata görə, təlimlərin keçirildiyi ərazidə fəxri qarovulun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma  mərasimi olub.

Sonra "TurAz Şahini - 2021” birgə təlimlərinin gedişi, yerinə yetirilən tapşırıqlar barədə yüksək səviyyəli qonaqlar üçün brifinq təqdim edilib.  Brifinqdən sonra Azərbaycan və Türkiyə Respublikalarının Müdafiə nazirləri çıxış ediblər.    

General-polkovnik Z.Həsənov təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri dövlət başçılarımızın rəhbərliyi ilə uğurla davam etdirilir.
Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür.

Vətən müharibəsində də qardaş Türkiyənin mənəvi dəstəyini xüsusi vurğulayan Müdafiə naziri Türkiyə tərəfinə minnətdarlığını bildirib. Nazir həmçinin birgə təlimlərin hərbi pilotların bilik və bacarıqlarının daha da artırılmasına xidmət etdiyini vurğulayıb.
Sonra Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar çıxış edərək birgə təlimlərin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib. İkitərəfli hərbi əməkdaşlığın inkişafının vacibliyini bildirən cənab H.Akar bu təlimlərin hərbçilərimizin təcrübə qazanması üçün çox vacib olduğunu, iki ölkə arasındakı hərbi əməkdaşlığın xalqlarımız və ölkələrimizin təhlükəsizliyinə və bölgədəki sabitliyə yönəldiyini xüsusi vurğulayıb.

Hər iki nazir təlim iştirakçıları tərəfindən yüksək peşəkarlıq və bacarıq nümayiş etdirildiyini, həmçinin qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini yüksək qiymətləndirərək  iştirakçılara xidmətdə daha böyük uğurlar arzulayıblar. Sonda qonaqlar təlimlərin praktiki hissəsini izləyiblər.
 







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Cəmiyyət 15:10
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Cəmiyyət 10:42
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Cəmiyyət 16:26
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Cəmiyyət 13:25
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Cəmiyyət 17:34
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Cəmiyyət 22:30
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Cəmiyyət 18:35
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol