• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Biləsuvar şəhidlərini andı - Fotolar

Biləsuvar şəhidlərini andı - Fotolar
28.09.2021 19:33
Bu gün baş leytenant Xalid Gözəlovun və kiçik çavuş İsmayılov Amid İsmayıı oğlunun Vətən Müharibəsində şəhadətə yüksəldiyi gündür.
"Qafqazinfo” xəbər verir ki, bu iki qəhrəman şəhidimizin şəhadətə qovuşduqları gündə onların sakini olduğu Biləsuvar rayonunda anım mərasimləri keçirilib.

Gözəlov Xalid Həsən oğlu Vətən Müharibəsinin qəhrəman şəhid pilotudur. Mərhum 1996-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2012-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin Akademiyasının Aviasiya fakültəsində təhsil alıb.

2016-cı ildən Dövlət Sərhəd Xidmətində baş leytenant hərbi rütbəsində pilot kimi xidmətə başlayıb. Xalid Gözəlov Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsində iştirak edib, düşmən cəbhəsinin yarılmasında xüsusi rəşadət göstərərək qəhrəmancasına şəhid olub.
Şəhid X.Gözəlov 28 sentyabr 2020-ci ildə Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edilib. Şəhid baş leytenant Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda” medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni və "Qubadlının azad olunmasına görə medalı” ilə təltif edilib.

Amid Eldar oğlu İsmayılov isə 1988-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində doğulub. 2006-2008-ci illərdə həqiqi hərbi xidmət keçdikdən sonra müddətdən artıq hərbi xidmət qulluqçusu kimi hərb fəaliyyətinə başlayıb.

Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Bir neçə kəndin işğaldan azad edilməsində iştirak edərək şəhid olub. Sentyabrın 28-də doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.
Vətən Müharibəsinin ilk uğurlu hücum əməliyyatlarında iştirak iştirak etdiyinə görə şəhidimiz ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Atası Birinci Qarabağ savaşında iştirak edən şəhid A.İsmayılov ailəli idi, bir övladı yadigar qalıb.
 









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Cəmiyyət 15:10
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Cəmiyyət 10:42
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Cəmiyyət 16:26
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Cəmiyyət 13:25
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Cəmiyyət 17:34
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Cəmiyyət 22:30
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Cəmiyyət 18:35
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol