DİN bir qrup silahlı şəxsə qarşı əməliyyat keçirdi-VİDEO
![DİN bir qrup silahlı şəxsə qarşı əməliyyat keçirdi-VİDEO DİN bir qrup silahlı şəxsə qarşı əməliyyat keçirdi-VİDEO](https://anews.az/photo/850x500/2021-10/1633590295_31d9d713-bc8f-4511-894a-bb0f150f6c8c.jpg)
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyatlar həyata keçirilib.
Belə ki, Baş İdarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Babək İsbəndiyarovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Abşeron rayonu Xırdalan şəhərində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məzahir Aslanov isə yaşadığı Şirvan şəhərində saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)