Bandotdel"dən ƏMƏLİYYAT - Kibercinayətkarlar belə saxlanıldı-VİDEO
![Bandotdel Bandotdel](https://anews.az/photo/850x500/2021-10/1635510376_1635509810.1633590480_band.jpg)
Daxili İşlər Nazirliyi tərəfindən bank kartlarından pul vəsaitlərinin oğurlanması və elektron məlumatların onlayn yolla ələ keçirilməsi barədə vətəndaşlardan daxil olan şikayətlər əsasında əməliyyatlar davam etdirilir.
DİN-dən verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, paytaxt sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Əlizamin İslamov olan şəxs müxtəlif kibercinayətkarlıq üsullarından istifadə edərək "İnstagram” sosial şəbəkəsində "baxıcı_falcı_arzu” adlı saxta səhifə yaradıb.
Daha sonra şəxsi məqsədləri üçün həmin vəsaitlərlə onlayn alış-veriş edərək pulları nağdlaşdırıb. Əlizamin İslamov bu müddət ərzində vətəndaşların hesablarından 100 min manata yaxın pulu çıxararaq xüsusi proqramlar vasitə ilə ələ keçirib. Bundan əlavə Əlizamin İslamov öz qanunsuz əməllərinin miqyasını genişləndirmək, daha çox pul vəsaiti ələ keçirmək və virtual mütəşəkkil cinayətkar dəstə yaratmaq məqsədi ilə "Telegram” ani mesajlaşma tətbiqində özünə məxsus kanal yaradıb. Orada həmin şəxs kart məlumatlarını ələ keçirmək üçün kibercinayət üsulları barədə kanalın izləyicilərinə müxtəlif onlayn təlimlər keçib.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, şəxsi anket və bank kartlarındakı məlumatları heç bir halda tanmadıqları şəxslərə göndərməsinlər. Bu cür hallarla üzləşdikləri təqdirdə isə dərhal polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər