Həkimin qəbuluna getmək üçün tualetdən keçmək lazımdır - VİDEO
![Həkimin qəbuluna getmək üçün tualetdən keçmək lazımdır - VİDEO Həkimin qəbuluna getmək üçün tualetdən keçmək lazımdır - VİDEO](https://anews.az/photo/850x500/2021-11/1635748147_1635745177_xstx.jpeg)
Yevlax Rayon Mərkəzi Xəstəxanası ötən gün sosial şəbəkədə xəstələrin sanitar qovşaqdan keçərək həkim qəbuluna girdiyinə dair yayılan video ilə bağlı açıqlama verib.
Bu barədə cavab olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Gülağa Əzizov bildirib ki, xəstəxanada koronavirus xəstələrinin müayinəsi aparılmır:
"Onlar müayinə üçün yoluxucu şöbəyə göndərilir. Yoluxucu xəstəliklər şöbəsi isə xüsusi sistem üzrə qurulub. Yəni, hər palatanın həyətə çıxış qapısı var və bu, sanitar qovşaqdan keçir. Məhz, başqa şəxslərlə təmas olmaması üçün xəstə həmin qapıdan qəbul edilir, müayinə olunur və yaxma götürülür. Əlavə olaraq da, nəzərinizə çatdıraq ki, həmin sanitar qovşaq hazırda fəaliyyət göstərmir, işlək vəziyyətdə deyil”.
*****
Sosial şəbəkələrdə xəstəxananın infeksionist şöbəsinin həkiminin qəbuluna düşmək istəyən şəxslərin əvvəlcə sanitar qovşağdan keçməli olduğu əks etdirən video yayılıb.
Videonun Yevlaxda qeydə alındığı bildirilir.
Videonun çəkildiyi iddia edilən xəstəxana ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Anews.az həmin görüntünü təqdim edir:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)