Kamran Əliyevdən çağırış - Video
![Kamran Əliyevdən çağırış - Video Kamran Əliyevdən çağırış - Video](https://anews.az/photo/850x500/2021-11/1635865745_20211102_190801.jpg)
Baş prokuror Kamran Əliyev REAL televiziyasında "Mirşahinin vaxtı” verilişinə müsahibə verib.
O, son günlər aktual olan cinayətlərlə bağlı çağırış edib:
"Bizim mətbuat çox ehtiyatlı olmalıdır. Bu cür cinayətlər – istər azyaşlı olsun, istər cinsi təcavüzlə bağlı olsun – çox həssas, insanların şəxsiyyəti ilə bağlı məsələlərdir.
Biz dəfələrlə konkret cinayət işləri ilə bağlı məsələlərdə məlumat vermişik, xahiş etmişik, müraciət etmişik, bəzən xəbərdarlıq etmişik ki, bu, yolverilməzdir.
Bəzən bu düzgün qəbul edilmir, söz və mətbuat azadlığına təzyiq kimi qiymətləndirilir. Söz azadlığı insanların şəxsiyyətinə ziyan vuran hallarla müşayiət edilməməlidir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər