• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Dastana dönən Xudayar da unudulmadı... - Video

Dastana dönən Xudayar da unudulmadı... - Video
08.11.2021 22:02
8 Noyabr – Zəfər Gününün ildönümü münasibətilə Bakıda Muzey Mərkəzinin binası üzərində videoproyeksiya nümayiş etdirilib.

"Qafqazinfo” xəbər verir ki, videoproyeksiya zamanı Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında əbədilik qazanan "Vətən yaxşıdır” təsnifi də səsləndirilib, musiqi fonunda görüntülər yerləşdirilib.

Qeyd edək ki, 1998-ci il iyulun 15-də Bərdə şəhərində doğulan X. Yusifzadə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olub. Vətən müharibəsi zamanı Cəbrayıl və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. X. Yusifzadə oktyabrın 22-də Ağbənd istiqamətində şəhid olub.

Ölümündən sonra "Vətən uğrunda”, "Zəngilanın azad olunmasına görə” medalları və "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
X. Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirini ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Video qısa müddət ərzində trendə çevrilib. Onun şəhid olmasından sonra mahnıya "Xudayar təsnifi” adı verilib.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Cəmiyyət 14:37
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Cəmiyyət 17:51
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Cəmiyyət 19:28
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb -  Videoreportaj
Cəmiyyət 23:23
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb - Videoreportaj
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Cəmiyyət 10:36
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Cəmiyyət 09:53
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Cəmiyyət 17:51
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Qazaxda Kürün sahili möhkəmləndirilməlidir - Deputat/VIDEO
Cəmiyyət 17:14
Qazaxda Kürün sahili möhkəmləndirilməlidir - Deputat/VIDEO
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO
Cəmiyyət 16:04
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol