İşdən çıxarılan nazir müavini: “Ömrümün sonunadək Prezidentimizin quluyam”
![İşdən çıxarılan nazir müavini: “Ömrümün sonunadək Prezidentimizin quluyam” İşdən çıxarılan nazir müavini: “Ömrümün sonunadək Prezidentimizin quluyam”](https://anews.az/photo/850x500/2021-11/1638256683_ilyas.jpeg)
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə İntiqam Babayev və İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.
İsmayıl İsmayılov Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən sərəncam onun üçün gözlənilməz olub:
"Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram. 15 il nazir müavini postunda oldum.
Keçmiş nazir müavini bundan sonra hansı işlərlə məşğul olacağından da danışıb: "Pedoqoji elmlər namizədi alimlik dərəcəsinə və Professor elmi adına layiq görülmüşəm. Bundan sonra elmi işlərlə məşğul olacağam”, - deyə o bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)