• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

“Vətəndaşların əsassız saxlanılması halları aradan qaldırılmalıdır” - Vilayət Eyvazov

“Vətəndaşların əsassız saxlanılması halları aradan qaldırılmalıdır” - Vilayət Eyvazov
03.12.2021 21:03
Bu gün Daxili İşlər Nazirliyində videokonfrans formatında Kollegiya iclası keçirilib.

Anews.az  xəbər verir ki, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Kollegiyanın müzakirəsinə çıxarılan məsələlərin kriminogen duruma təsiri, vətəndaş məmnunluğunun təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından aktual olduğunu bildirib.

Vilayət Eyvazov son üç ilə yaxın bir müddətdə keçirilmiş 10 Kollegiya iclasından hər birinin insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahəsində polisin fəaliyyətinin təkmilləşdirilməsinə, düzgün və məqsədyönlü istiqamətləndirilməsinə, ən başlıcası vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini vurğulayıb.

Diqqətə çatdırıb ki, vətəndaşların müraciətlərinə baxılması, problemlərinin həlli, istintaq və təhqiqat prosesində qanunçuluğa riayət edilməsi, cinayət və digər hüquqpozmalar nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi sahəsində müvafiq Kollegiya qərarları əsasında həyata keçirilmiş tədbirlər daha məqsədyönlü davam etdirilməlidir. Hər bir şəxsin qanunla qorunan hüquq və azadlıqları daim etibarlı qorunmalı, vətəndaşların əsassız saxlanılması, incidilməsi, ümumən onların narazılığını doğuran bütün neqativ hallar aradan qaldırılmalıdır.
Çıxışında polisin bayır xidmətinin aparılmasına da toxunan nazir xüsusən post-patrul və yol-patrul qurumlarının işinin müasir tələblərə uyğun təkmilləşdirilməsinin, şəxsi heyətin polis etikasını dərindən mənimsəməsi üçün davamlı treninqlərin keçirilməsinin vacibliyini də qeyd edib.

Asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin edilməsində, yol hərəkətinə nəzarətin həyata keçirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq təcrübədə özünü doğrultmuş metodlara üstünlük verilməsini tələb edib, eyni zamanda, Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbərlərinə fəaliyyətdə texnoloji yeniliklərin geniş tətbiqi ilə bağlı tapşırıqlarını çatdırıb.

Ölkə Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bir daha xatırladan nazir V.Eyvazov əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi, arxayınlığa yol verilməməsi, əməliyyat-xidməti fəaliyyətin ayrı-ayrı istiqamətlərində mövcud olan çatışmazlıqların tam aradan qaldırılması, icrası nəzərdə tutulan məsələlərin həllinin ilin sonunadək təmin edilməsi üçün konkret göstərişlər verib.
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Cəmiyyət 15:10
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Cəmiyyət 10:42
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Cəmiyyət 16:26
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Cəmiyyət 13:25
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Cəmiyyət 17:34
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Cəmiyyət 22:30
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Cəmiyyət 18:35
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol