Ödənişini etmədiyi maşının şüşələrini də sındırdı - Qazi adı ilə daha bir fırıldaqçılıq+Video
![Ödənişini etmədiyi maşının şüşələrini də sındırdı - Qazi adı ilə daha bir fırıldaqçılıq+Video Ödənişini etmədiyi maşının şüşələrini də sındırdı - Qazi adı ilə daha bir fırıldaqçılıq+Video](https://anews.az/photo/850x500/2022-01/1642436073_esasmasin.jpg)
Yanvarın 14-də "Tik-Tok" sosial şəbəkəsində "Qazini təhqir etdilər, bu da sonu" başlığı ilə bir nəfərin "Khazar" markalı avtomobilin şüşələrini sındırmasını əks etdirən görüntülər yayılıb.
Müəyyən edilib ki, həmin şəxs Bakı şəhər sakini, 35 yaşlı Anar Məmmədovdur. O, şüşələrini sındırdığı avtomobili "Azərmaş" ASC-dən lizinq müqaviləsi əsasında almasına baxmayaraq, son yeddi ay ərzində ödəniş etmədiyi üçün etibarnaməsi ləğv edilib və yanvarın 11-də yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitəsi saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.
"Azərmaş" ASC tərəfindən vətəndaş Anar Məmmədova etibarnamə verilmədiyindən tərəflər arasında mübahisəli vəziyyət yaranıb. Yanvarın 13-də A.Məmmədov sərxoş halda duracağa gələrək avtomobilin şüşələrini sındırmaqla nəqliyyat vasitəsinə 4.090 manat dəyərində maddi ziyan vurub.
Hazırda faktla bağlı idarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılaraq araşdırma aparılır. Həmçinin, müəyyən edilib ki, Anar Məmmədov özünü qazi kimi təqdim etsə də, o, ümumiyyətlə, müharibə iştirakçısı deyil və heç bir döyüş əməliyyatında iştirak etməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)