SOCAR vətəndaşlara çağırış edib!

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vətəndaşları sosial şəbəkələrdə şirkət adından fəaliyyət göstərən fırıldaqçıların hiylələrinə uymamağa çağırıb.
"Son günlər müxtəlif sosial şəbəkələrdə SOCAR-ın adından istifadə edərkən vətəndaşlara maddi mükafatlar hesabına işlə təmin olunmaq və ya investisiya qoyuluşu təklif olunur. Bildiririk ki, bu fırıldaqçı səhifələrin SOCAR-a heç bir aidiyyəti yoxdur. SOCAR bu cür vədlərə görə heç bir məsuliyyət daşımır", - şirkətin açıqlamasında deyilir.
SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiyalar Xidməti bildiris ki, "biz vətəndaşları sayıqlığı itirməməyə və yuxarıda qeyd olunan hallarla bağlı dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq”.
www.anews.az

SOCAR-da işə qəbul müəyyən standartlar və digər normativ sənədlər əsasında müsabiqə əsasında həyata keçirilir.
SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunmuş vakant vəzifələr şirkətin internet saytında (www.socar.az) "Məşğulluq” və "Karyera” bölməsində yerləşdirilir. Bu bölmədə müsabiqənin qaydaları haqqında ətraflı məlumat da verilir.
N.Təbrizli
www.anews.az