• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Nabranda istirahət mərkəzində kütləvi zəhərlənmə - YENİLƏNDİ

Nabranda istirahət mərkəzində kütləvi zəhərlənmə - YENİLƏNDİ
20.07.2022 13:59
Prokurorluq Nabranda istirahət mərkəzində 11 nəfərin zəhərlənməsi ilə bağlı açıqlama verib.


Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir:

"Vəziyyətləri normal qiymətləndirilir. Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib", - qurumdan bildirilib.

 -------------------
Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.


TƏBİB-dən  bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.

11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onların zəruri tibbi xidmət göstərilir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Emin Əmrullayev: Məcburi köçkün məktəbləri mərhələli şəkildə bağlanacaq
Cəmiyyət 10:12
Emin Əmrullayev: Məcburi köçkün məktəbləri mərhələli şəkildə bağlanacaq
60 min manata yaxın pul olan seyf oğurlanıb
Cəmiyyət 09:45
60 min manata yaxın pul olan seyf oğurlanıb
"Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib
Cəmiyyət 21:47
"Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib
Hacı Murad Yengizarovun nəşi sabah vətənə gətiriləcək
Cəmiyyət 19:49
Hacı Murad Yengizarovun nəşi sabah vətənə gətiriləcək
Gəncədə mikroavtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 19:20
Gəncədə mikroavtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var
37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Cəmiyyət 18:50
37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - Video
Cəmiyyət 18:02
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - Video
Azərbaycanda dənizdə boğulanları robotlar xilas edəcək - MÜSAHİBƏ
Cəmiyyət 17:55
Azərbaycanda dənizdə boğulanları robotlar xilas edəcək - MÜSAHİBƏ
Növbəti iki gün yağış yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 17:43
Növbəti iki gün yağış yağacaq -XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol