• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

65 yaşa kimi vəfat edənlərin pensiyası ailəsinə veriləcək? - VİDEO

65 yaşa kimi vəfat edənlərin  pensiyası ailəsinə veriləcək? - VİDEO
25.11.2022 18:21
65 yaşa kimi vəfat edən şəxslərin sosial siğorta fonduna  köçürdükləri vəsait onların ailə üzvlərinə verilməlidir. Bunu millət vəkili Fazil Mustafa bildirib.
 
"Azərbaycanda pensiya yaşının azaldılması tələbini qoyanda bizi populizmdə qınayırlar.  Heç olmasa 65 yaşına çatmamış həyatdan köçən  şəxslərin sosial siğorta fondlarına köçürmələri onların ailə üzvlərinə verilməlidir. Nəzərə almalıyıq ki, bu adamların əksəriyyəti səhiyyə sistemimizin bərbad olması səbəbindən dünyasını dəyişir. Deməli bunların yaşadıqları müddətdə etdiyi köçürmələr məntiqlə ailə üzvlərinə verilə bilər",  -  millət vəkili bildirib. 
 
O həmçinin söyləyib ki, 2023-cü ilin proqnozuna görə, Sosial Müdafiə fonduna daxilolmalar 6,26 milyard manat təşkil edəcək. Bunun da 1,7 milyard manatı  büdcə təşkilatlarında işləyənlərin siğorta  haqqlarına, 1,4 milyard manatı büdcə transferlərinə, 1,2 milyard manatı isə publik şəxslərdən köçürmələrin  payına düşür. 
 
"Bu statistikadan belə görünür ki, Sosial Müdafiə Fondu əsasən dövlət büdcəsi hesabına formalaşır.  Bir tərəfdən biz deyirik ki, özəl sektorun iqtisadiyyatda payı  75-80%-i üstələyir. Sosial sığorta fonduna olan köçürmələr isə bunun əksini sübut edir", -  millət vəkili əlavə edib. 
 

 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Obyektləri sökülən sahibkarlar danışdılar -
Cəmiyyət 17:11
Obyektləri sökülən sahibkarlar danışdılar - "Ətçilərdən" videoreprotaj
2023-cü il deputatlar hansı təklif və çıxışlarla yadda qalıb? - İCMAL/VİDEO
Cəmiyyət 18:58
2023-cü il deputatlar hansı təklif və çıxışlarla yadda qalıb? - İCMAL/VİDEO
200 gün dəlixanada yatan Qarabağ qazisi özünü yandırmağa cəhd edib - VİDEO
Cəmiyyət 12:20
200 gün dəlixanada yatan Qarabağ qazisi özünü yandırmağa cəhd edib - VİDEO
İşğaldan azad olan Ağdamdan son görüntülər - VİDEO
Cəmiyyət 11:18
İşğaldan azad olan Ağdamdan son görüntülər - VİDEO
Tbilisiyə gələn əcnəbilər bu məsciddə İslamı qəbul edirlər - REPORTAJ
Cəmiyyət 10:54
Tbilisiyə gələn əcnəbilər bu məsciddə İslamı qəbul edirlər - REPORTAJ
Türkiyədən Azərbaycana təxliyyə olunan vətəndaşlar danışdılar - VİDEO
Cəmiyyət 17:43
Türkiyədən Azərbaycana təxliyyə olunan vətəndaşlar danışdılar - VİDEO
Şəhidlərin məzar yerini mən seçdim -
Cəmiyyət 17:17
Şəhidlərin məzar yerini mən seçdim - "20 Yanvar" şahidi
Əlillik dərəcəsi verilmir, dəfələrlə intihara cəhd etmişəm- QAZİ/VİDEO
Cəmiyyət 09:38
Əlillik dərəcəsi verilmir, dəfələrlə intihara cəhd etmişəm- QAZİ/VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol