Turistlərin bilet satışından 1 milyondan çox gəlir əldə olunub - RƏSMİ
![Turistlərin bilet satışından 1 milyondan çox gəlir əldə olunub - RƏSMİ Turistlərin bilet satışından 1 milyondan çox gəlir əldə olunub - RƏSMİ](https://anews.az/photo/850x500/2023-02/1675322403_464866.jpg)
2022-ci il Azərbaycanda turistlərin aldığı bilet satışından 1 milyon 693 min 164 manat gəlir əldə olunub. Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
Ötən il Agentliyin tabeliyində olan 8 qoruğa 341 253 bilet satılıb. Qoruqlara gedənlər ziyatərçilərin 162 798 nəfər xarici, 178 455 nəfəri yerli vətəndaş olub. Ümumilikdə bu dövr ərzində 44 577 nəfəri qoruq və muzeylərə ödənişsiz daxil olub.
Turizm Agentliyin tabeleyində olan qoruqlar içində ən çox "Yanardağ” ziyarət olunub ki, onun da 110 mindən çox ziyatərçisi olub.
Hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlara "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, "Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğu, "Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, "Kiş” Tarix-Memarlıq Qoruğu, "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu və bu qoruğun tərkibindəki "Diri Baba” türbəsi daxildir.
DTA-nın tabeliyindəki qoruq və muzeylərə giriş qiymətləri yerli vətəndaşlar üçün 2 manat, tələbələr üçün 1 manat təşkil edir. Xarici vətəndaşlar üçün qiymət 4-9 manat arasında dəyişir. Yanardağ və Atəşgah qoruğuna birgə kombinə biletləri 11 manat, "Yuxarı Baş” qoruğunda yerləşən muzeylərin və abidələrin hamısına giriş birgə 5 manat (xaricilər üçün 10 manat) təşkil edir. Yanardağ və Basqal qoruğunda 10 nəfər və daha çox turistdən ibarət qruplara 10 faiz endirim tətbiq edilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)