Sabirabadda bələdiyyə sədrlərinə cinayət işi açılıb

Bələdiyyənin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib.
Sabirabad rayon prokurorluğundan verilən məlumata görə, Sabirabad rayon Qaralar bələdiyyəsinin sabiq sədri Nəzirağa Quliyev və onun müavini, hazırkı bələdiyyə sədri Niyaməddin Məmmədovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sabirabad rayon məhkəməsinə göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 