• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02187
  • ₺ 0.0393
  • £ 2.2844

Prezidentin izi ilə Cəbrayıl və Zəngilan şəhərinə təşkil olunan media tura strat verilib

Prezidentin izi ilə Cəbrayıl və Zəngilan şəhərinə təşkil olunan media tura strat verilib
30.09.2023 11:03
Prezidentin izi ilə Cəbrayıl və Zəngilan şəhərinə təşkil olunan media tura strat verilib.

APA xəbər verir ki, media nümayəndələri ilk olaraq Cərbayıl şəhərində prezident İlham Əliyev tərəfində təməli qoyulan inzibati binanın tikiləcəyi ərazidə olublar.

Cəbrayıl şəhərində inzibati bina işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Layihəyə əsasən, ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlkin mərhələdə 4-5 mərtəbədən ibarət iki korpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur.
İştirakçılar mediatur zamanı inzibati binanın təməli qoyulduğu ərazidə olub. Media nümayəndələrinə bildirilib ki, binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb. Belə ki, eyvanlarda milli elementimiz olan şəbəkədən istifadə olunacaq. Layihəyə əsasən, inzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park salınacaq. Buradakı avtomobil dayanacağı elektrik doldurma məntəqələri ilə təmin olunacaq. Kompleksin elektrik enerjisi təminatını qismən ödəmək məqsədilə binaların damında və istifadə olunmayan boş ərazilərində günəş panelləri quraşdırılacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni tədris ili üzrə təhsil tələbə kreditlərinə müraciət tarixi açıqlanıb
Cəmiyyət 12:31
Yeni tədris ili üzrə təhsil tələbə kreditlərinə müraciət tarixi açıqlanıb
Sahibkarla şad xəbər: Yoxlamaların dayandırılması daha bir il uzadılır
Cəmiyyət 12:26
Sahibkarla şad xəbər: Yoxlamaların dayandırılması daha bir il uzadılır
65 yaşlı fəhlənin başına yük düşüb
Cəmiyyət 12:15
65 yaşlı fəhlənin başına yük düşüb
Parlamentdə iqtisadiyyatın müxtəlif sahələri üzrə ictimai dinləmələr planlaşdırılır
Cəmiyyət 11:58
Parlamentdə iqtisadiyyatın müxtəlif sahələri üzrə ictimai dinləmələr planlaşdırılır
Polis qanunsuz saxlanılan silah-sursat aşkarlayıb
Cəmiyyət 11:32
Polis qanunsuz saxlanılan silah-sursat aşkarlayıb
"Azəriqaz" pensiya yaşına bir il qalmış vətəndaşı imtahan edib işdən azad edib
Cəmiyyət 11:23
"Azəriqaz" pensiya yaşına bir il qalmış vətəndaşı imtahan edib işdən azad edib
Sərhəd kəndlərinin inkişafı ilə bağlı dövlət proqramına ehtiyac var - Deputat
Cəmiyyət 11:18
Sərhəd kəndlərinin inkişafı ilə bağlı dövlət proqramına ehtiyac var - Deputat
“Classnet” MMC internet xidmətinin uçota alınmaması səbəbindən 1,5 min manat cərimələndi
Cəmiyyət 11:06
“Classnet” MMC internet xidmətinin uçota alınmaması səbəbindən 1,5 min manat cərimələndi
Beynəlxalq axtarışa verilmiş iki nəfər Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 10:54
Beynəlxalq axtarışa verilmiş iki nəfər Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol