• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Sumqayıtda 14 min abonentin qazı kəsiləcək

Bu gün Sumqayıtda 14 min abonentin qazı kəsiləcək
26.03.2026 08:45

Sumqayıt şəhərində 14 min abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz İB" Sumqayıt QİS-dən "Report"a bildirilib ki, 26.03.2026-cı il tarixində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi istiqamətində yerləşən, Xəzər bağları, 22-ci məhəllə, 26-cı məhəllə, Təzə kotec və Köhnə kotec qəsəbələrinin qaz təchizatını təmin edən orta təzyiqli, PE-250 mm-lik qaz kəmərində sızma aşkarlanıb.

Qeyd olunub ki, sızmanın aradan qaldırılması və qəzanın qarşısının alınması məqsədilə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq həmin ərazilərdə ümumilikdə 14 min abonentin qaz təchizatında 26 mart saat 10:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti fasilə yaranacaq.

Bundan əlavə, təmir işləri müddətində Sumqayıt bulvarı ərazisində yaşayan abonentlərin də qaz təchizatında fasilə olacağı bildirilib.

Təmir işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol