• $
  • £

Kür və Arazda 2098-ci ilə qədər suyun səviyyəsi enəcək

Kür və Arazda 2098-ci ilə qədər suyun səviyyəsi enəcək
15.11.2023 16:40
2071-2098-ci illərdə Kür və Arazda suyun səviyyəsi 20% azalacaq. Bu barədə Azərtac  BMT-nın İnkişaf Proqramının layihə meneceri Zaur Əliyevə istinadan yazıb. 
 
"GFDL, HADGEM, MPI modelləri əsasında, temperaturun 2 dərəcə artması, yağıntıların miqdarının dəyişməməsi fonunda Böyük və Kiçik Qafqaz ərazisindən, Lənkəran-Astara bölgəsindən axan çayların, o cümlədən Kür və Araz çaylarının iqlim dəyişmələrinə həssaslığı qiymətləndirilib və proqnozlar hazırlanıb. Proqnozlara görə, Kür və Araz çaylarının, o cümlədən Kiçik Qafqaz ərazisindən axan çayların su ehtiyatlarının 2040-cı ilədək 10, 2041-2070-ci illər ərzində 15, 2071-2098-ci illər ərzində isə 20 faiz azalacağı gözlənilir. Böyük Qafqaz ərazisindən və Lənkəran-Astara bölgəsindən axan çaylarda isə müvafiq illər üzrə azalma göstəricilərinin 5, 10, 15 faiz olacağı ehtimal edilir", - o bildirib. 
 
Milli Məclisin deputatları bir neçə gündür ölkənin gələn il üçün nəzərdə tutulan büdcəsində su probleminin ciddi narahatlıqlar yaratdığını açıqlayıb. Onlar bildiriblər ki, regionlarda su problemi ciddi olaraq qalır. 
 
Azərbaycanda su anbarlarının ümumi həcmi 21 kub kilometr, çayların su ehtiyatları isə 28-30,3 kub kilometrdir.

2022-ci ilin noyabrına olan məlumatlara görə Azərbaycanın göllərində şirin su ehtiyatı 0,90 kub kilometr təşkil edir. Ümumilikdə, ölkədə 21 tranzit çay var.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:31
Qızıl və gümüş bahalaşıb
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
Cəmiyyət 10:21
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
DİN: Bir gündə 49 cinayət açılıb, 56 axtarışda olan şəxs saxlanılıb
Cəmiyyət 10:02
DİN: Bir gündə 49 cinayət açılıb, 56 axtarışda olan şəxs saxlanılıb
“Azeri Light” nefti 103 dolları ötüb
Cəmiyyət 09:58
“Azeri Light” nefti 103 dolları ötüb
Bu gün Yel çərşənbəsidir
Cəmiyyət 09:00
Bu gün Yel çərşənbəsidir
Elektron siqaretlər qadağandır. IQOS isə bu kateqoriyaya aid deyil - FƏRQLƏR
Cəmiyyət 08:10
Elektron siqaretlər qadağandır. IQOS isə bu kateqoriyaya aid deyil - FƏRQLƏR
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Cəmiyyət 22:07
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
Cəmiyyət 19:04
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
İtkin düşən 88 yaşlı kişi axtarılır
Cəmiyyət 18:28
İtkin düşən 88 yaşlı kişi axtarılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol