• $
  • £

Zəngəzur dəhlizində keçid məntəqlərində iş aparılır - Şahin Bağırov

Zəngəzur dəhlizində keçid məntəqlərində iş aparılır - Şahin Bağırov
20.11.2023 13:39
Zəngəzur dəhlizində keçid məntəqələri üzərində iş aparılır. Bu barədə Azərtac Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova istinadan yazıb.  
 
Hazırda Zəngəzur dəhlizində keçid məntəqələrinin üzərində iş aparılır. Eyni zamanda, yeni layihələr üzərində iş aparırıq və artıq növbəti mərhələrdə tikinti işlərinə başlanacaq", - Bağırov əlavə edib.
 
Oktyabrın 25-də  Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanla razılığa gələ bilməyib. 
 
İyulun 24-də Azərbaycan lideri açıqlama verərək vurğulayıb ki, Azərbaycan ərazisində tikinti işlərinin 70% bitib və Zənzəgur dəhlizi işə salınacaq. 
 
İyulun 21-də prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşündə yaxın üç ildə 150 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qayıtmasını təmin etmək planlarını açıqlayıb.
 
İyunun 14-də Türkiyə prezidenti Ərdoğan açıqlamasında vurğulayıb ki, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı problemlər Ermənistanla bağlı deyil, İranın mövqeyi ilə bağlıdır. 
 
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. 
 
2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın 9-cu maddəsinə görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.

"Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir", -bəyanatın 9-cu maddəsində qeyd olunub. 
 
Bəyantın şərtinə əsasən Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacağı vurğulanıb. 
 
Gülnar Nazimqızı 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Cəmiyyət 18:10
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Cəmiyyət 17:27
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza
Cəmiyyət 17:09
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza

İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Cəmiyyət 16:53
İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib

Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
Cəmiyyət 16:39
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək

Daha bir tiktokerhəbs edilib
Cəmiyyət 15:54
Daha bir tiktokerhəbs edilib


Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Cəmiyyət 14:43
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Cəmiyyət 14:29
Ötən ay Avropa ölkələrindən 41 şəxs Azərbaycana readmissiya edilib
Aqşin Bəbirova cinayət işi açılıb
Cəmiyyət 14:21
Aqşin Bəbirova cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol