• $
  • £

Üç məktəbin direktoru vəzifədən azad edilib - Rəsmi

Üç məktəbin direktoru vəzifədən azad edilib - Rəsmi
23.05.2024 16:59
Paytaxtın 25, 81 və 203 nömrəli tam orta məktəblərdə aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları vəzifələrindən azad edilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilib ki, yoxlamalar zamanı 25 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərnəklərin fəaliyyəti düzgün təşkil edilmədiyi və məktəb sənədlərinin qaydalara uyğun tərtib olunmadığı müəyyən edilib.

Eyni zamanda texniki işçinin əməkhaqqından digər işçilərə ödəniş verildiyi aşkarlanıb.

81 nömrəli tam orta məktəbdə dərsə davamiyyətin zəif olması, dərnəklərin tədris edilmədiyi, zəruri dərs saatlarının bölünmədiyi, fərdi təhsilin düzgün aparılmadığı məlum olub. Məktəbdə eyni zamanda kiçik xidmətedici işçilərin öz vəzifələrini icra etmədikləri, təsərrüfat işləri üzrə direktor müavininin uzun müddət onun tabeliyində gözətçi işlədiyi aşkar edilib.

203 nömrəli tam orta məktəbdə aparılan yoxlamalara gəlincə, müəyyən edilib ki, dərsdənkənar məşğələlər düzgün təşkil edilməyib, məktəb sənədləri qaydasında deyil. Həmçinin təsərrüfat işləri üzrə direktor müavininin həyat yoldaşının onun tabeçiliyində ocaqçı vəzifəsində çalışdığı, texniki işçilərin gündəlik davamiyyətinin olmadığı və təhsil müəssisəsində repetitorluq fəaliyyətinin olduğu müəyyənləşdirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Lerikin bir neçə kəndində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:06
Lerikin bir neçə kəndində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq
Xəzərdə zəlzələ olub
Cəmiyyət 08:47
Xəzərdə zəlzələ olub
Bakıda ev çöküb - xəsarət alan var
Cəmiyyət 08:24
Bakıda ev çöküb - xəsarət alan var
Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır - BİRGƏ MƏLUMAT
Cəmiyyət 23:34
Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır - BİRGƏ MƏLUMAT
Biləsuvarda 41 yaşlı qadın meyiti tapılıb
Cəmiyyət 23:18
Biləsuvarda 41 yaşlı qadın meyiti tapılıb
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:51
Bu ərazilərdə işıq olmayacaq
Gəncədə 63 yaşlı kişi boyadan zəhərlənərək ölüb
Cəmiyyət 21:52
Gəncədə 63 yaşlı kişi boyadan zəhərlənərək ölüb
Sabah Culfanın 18 kəndində işıq olmayacaq
Cəmiyyət 20:24
Sabah Culfanın 18 kəndində işıq olmayacaq
İstehlak bazarlarında bəzi mallara qarşı nəzarət qaydaları təsdiqlənib
Cəmiyyət 18:46
İstehlak bazarlarında bəzi mallara qarşı nəzarət qaydaları təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol