Gəncədə 63 yaşlı kişi boyadan zəhərlənərək ölüb

Gəncə sakini boyadan zəhərlənib ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin İqor Makayev küçəsində qeydə alınıb.
Şəhər sakini 1961-ci il təvəllüdlü Məhərrəm Məmmədov yaşadığı evin damında su çəninin içərisini rəngləyən zaman zəhərlənərək ölüb.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Fakta bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























