• $
  • £

Erkin Qədirli saxta səs yığmağına görə MSK müraciət edib

Erkin Qədirli saxta səs yığmağına görə MSK müraciət edib
06.09.2024 11:35
16 Saylı Yasamal İkinci Seçki dairəsinin qalibi Erkin Qədirli qalib gəldiyi 6 məntəqənin nəticələrinin ləğv olunması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. Bu barədə deputatın təmsil olunduğu partiya öz rəsmi səhifəsində yazıb.  
 
"1 sentyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin protokollarına əsasən 16 Saylı Yasamal İkinci Seçki Dairəsində lider namizəd olan Qədirli Erkin Toğrul oğlu qalib elan olunduğu 6 məntəqənin nəticələrinin ləğvi üçün Dairə Seçki Komissiyasına bugün şikayət ərizəsi ilə müraciət etdi. Şikayət olunan məntəqələrədə seçici aktivliyini süni formada artırmaq məqsədilə səs vermiş seçicilərin sayı olduğundan artıq göstərilib", - məəlumatda deyilir. 
 
Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə Yeni Azərbaycan Partiyasının 68 namizədi qalib gəlib. 43 nəfər bitərəf kimi qalib gəlib. Yerdə qalan 14 nəfər isə partiya təmsilçiləridir. 
 
Müsavat  Partiyası bildirib ki, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər "azad və ədalətli olmayıb". Qalib gəlməyən digər partiyalar da seçkinin şəffaflığına və azadlığa inanmadığını açıqlayıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Lerikin bir neçə kəndində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:06
Lerikin bir neçə kəndində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq
Xəzərdə zəlzələ olub
Cəmiyyət 08:47
Xəzərdə zəlzələ olub
Bakıda ev çöküb - xəsarət alan var
Cəmiyyət 08:24
Bakıda ev çöküb - xəsarət alan var
Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır - BİRGƏ MƏLUMAT
Cəmiyyət 23:34
Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır - BİRGƏ MƏLUMAT
Biləsuvarda 41 yaşlı qadın meyiti tapılıb
Cəmiyyət 23:18
Biləsuvarda 41 yaşlı qadın meyiti tapılıb
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:51
Bu ərazilərdə işıq olmayacaq
Gəncədə 63 yaşlı kişi boyadan zəhərlənərək ölüb
Cəmiyyət 21:52
Gəncədə 63 yaşlı kişi boyadan zəhərlənərək ölüb
Sabah Culfanın 18 kəndində işıq olmayacaq
Cəmiyyət 20:24
Sabah Culfanın 18 kəndində işıq olmayacaq
İstehlak bazarlarında bəzi mallara qarşı nəzarət qaydaları təsdiqlənib
Cəmiyyət 18:46
İstehlak bazarlarında bəzi mallara qarşı nəzarət qaydaları təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol