• $
  • €
  • ₽
  • ₺
  • £

Mənzilə silahlı basqın edərək polisə müqavimət göstərən şəxs saxlanılıb

Mənzilə silahlı basqın edərək polisə müqavimət göstərən şəxs saxlanılıb
12.09.2024 18:33
Mənzilə silahlı basqın edərək polis əməkdaşlarına müqavimətdə təqsirləndirilən şəxs həbs edilib.Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Sentyabrın 9-da saat 21 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mənzilə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb edib.

Zərərçəkmişin övladının mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək "102 Xidməti-Zəng Mərkəzi”nə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib, polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilməklə məhv edilib, digər şəxs isə hadisə yerindən yayınıb.
Hadisə ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, basqında istifadə olunan 1 ədəd "Makarov” markalı tapança, giliz, əl-barmaq izləri və sair predmetlər maddi sübut qismində götürülüb.

Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.

Orxan Abdullayevin külli miqdarda gəlir əldə etmək məqsədilə Eldəniz Şükürovla qabaqcadan əlbir olub sahibkar Rauf İsmayılovun yaşadığı mənzilə silahlı basqın edib külli miqdarda pul vəsaiti tələb olunmasında iştirak etməsinə, hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq zor tətbiq etməklə onlara müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçiriən prokurorun təqdimatı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, cinayətə aidiyyəti olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paytaxtın iki rayonunda işıq olmayacaq
Cəmiyyət 00:06
Paytaxtın iki rayonunda işıq olmayacaq
Tovuzda maşınlar toqquşub, xəsarət alan var
Cəmiyyət 21:46
Tovuzda maşınlar toqquşub, xəsarət alan var
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
Cəmiyyət 18:50
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Cəmiyyət 18:08
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Cəmiyyət 17:51
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Qusarda çaqqallar 3 nəfərəxəsarət yetirib
Cəmiyyət 15:53
Qusarda çaqqallar 3 nəfərəxəsarət yetirib
Məhkəmə Saleh Səmədova 8 il həbs cəzası verib
Cəmiyyət 15:52
Məhkəmə Saleh Səmədova 8 il həbs cəzası verib

Bu ölkədə yalnız kəbinlə nikaha girənlər 1840 dollar cərimələnəcək
Cəmiyyət 14:55
Bu ölkədə yalnız kəbinlə nikaha girənlər 1840 dollar cərimələnəcək


DYP Bakıda iki nəfərin öldüyü qəza barədə məlumat yayıb
Cəmiyyət 14:07
DYP Bakıda iki nəfərin öldüyü qəza barədə məlumat yayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol