• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

COP29-la bağlı 11 saxta informasiya resursu bloklanıb

COP29-la bağlı 11 saxta informasiya resursu bloklanıb
02.11.2024 12:51
Hazırda COP29 tədbirləri ilə bağlı müxtəlif saxta resursların yaradılması müşahidə olunur. Onlardan bir qismi informasiya manipulyasiyasına hədəflənmiş resurslar olsa da, bir çoxu kiberdələduzlar tərəfindən yaradılmış saxta resurslardır.Bu barədə AZƏRTAC-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Məlumata görə, kiberdələduzlar qeydiyyat, eləcə də tədbir çərçivəsində müxtəlif iş yerlərinin açılması ehtimalından sui-istifadə edərək məşğulluq platformalarında saxta məlumatlar yerləşdirməkdədirlər.

"Oktyabr ayı ərzində idarəetmə mərkəzi ilə birgə 11 belə saxta informasiya resursu aşkarlanaraq ölkə üzrə bloklanması təmin edilib. Hal-hazırda digər dövlət qurumları ilə yanaşı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də COP29-la bağlı imzalanmış "Ev sahibi ölkə” sazişinin icrasının təmin edilməsinə cəlb olunub. Qeyd olunan sazişdə tədbirlərin keçiriləcəyi dövr ərzində hökumətin kifayət qədər ciddi öhdəlikləri qeyd olunub. Xidmət üzərinə düşən öhdəlikləri Əməliyyat Şirkəti ilə birlikdə uğurla həyata keçirmək və belə mötəbər tədbirin yüksək səviyyədə başa çatması üçün bütün lazımi tədbirləri görəcək”, - deyə XRİTDX-nin məlumatında vurğulanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulla üç günə necə tanış olmaq olar?
Cəmiyyət 12:50
İstanbulla üç günə necə tanış olmaq olar?
Sabah yağış yağacaq - PROQNOZ
Cəmiyyət 12:40
Sabah yağış yağacaq - PROQNOZ
Zəngilanda 37 nəfər peşələr üzrə hazırlıq kurslarına cəlb edilib
Cəmiyyət 12:19
Zəngilanda 37 nəfər peşələr üzrə hazırlıq kurslarına cəlb edilib
9 ayda 3536 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü təhvil verilib
Cəmiyyət 12:03
9 ayda 3536 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü təhvil verilib
Statistika sahəsində çalışan işçilər təltif edilib - SƏRƏNCAM
Cəmiyyət 11:49
Statistika sahəsində çalışan işçilər təltif edilib - SƏRƏNCAM
Ötən həftə təmizlənən minalı ərazilərin sayı açıqlanıb
Cəmiyyət 11:11
Ötən həftə təmizlənən minalı ərazilərin sayı açıqlanıb
Pensiyalarsabah tam ödəniləcək
Cəmiyyət 10:27
Pensiyalarsabah tam ödəniləcək
İki gündə 80 cinayət faktı qeydə alınıb, 69 nəfər saxlanılıb – DİN
Cəmiyyət 10:14
İki gündə 80 cinayət faktı qeydə alınıb, 69 nəfər saxlanılıb – DİN
Sputnik Azərbaycan-ın rəhbəri Kartavıx Moskvaya qayıdıb
Cəmiyyət 08:22
Sputnik Azərbaycan-ın rəhbəri Kartavıx Moskvaya qayıdıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol