• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü

Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü
28.11.2024 14:56
Ölkənin birinci bankı Kapital Bank pərakəndə bankçılıq bazarındakı liderliyini bir daha təsdiqləyərək beynəlxalq "World Economic Magazine 2024 Awards”-ın "Azərbaycanın ən yaxşı kredit kartı xidmətlərinin təminatçısı-2024” və "Azərbaycanın ən yaxşı pərakəndə bankı-2024” mükafatlarına layiq görülüb.  
"Azərbaycanın ən yaxşı pərakəndə bankı-2024” adına layiq görülən bank ölkə üzrə  geniş filial və partnyor şəbəkəsinə malik olmaqla yanaşı, bazarda lider mövqeyini bir sıra mühüm göstəricilərlə sərgiləyir. İnnovativ məhsullar və dayanıqlı maliyyə həlləri təqdim edən bankın hazırda nağd pul krediti üzrə portfeli 2.19 milyard manat, kredit kartları üzrə portfeli isə təxminən 688.03 milyon manat təşkil edir.  

Bank "Azərbaycanın ən yaxşı kredit kartı xidmətlərinin təminatçısı 2024” mükafatını cari ilin oktyabr ayında müştərilərə təqdim etdiyi Birbank Star kartı ilə qazanıb. "Birbank Star ilə sənə olar” şüarı altında təqdim edilən kart, kredit kartlarının ənənəvi şərtlərindən tamamilə uzaq, sadə və rahat maliyyə məhsuludur. Qeyd edək ki, Birbank Star-ı minimum 500 manat, maksimum 30 000 manatadək məbləğlə əldə edə etmək mümkündür. Üstəlik digər bankların bankomatlarında nağdlaşdırma və digər bank kartlarına köçürmə əməliyyatlarında heç bir faiz və komissiya tətbiq edilmir. Ödəniş şərtləri isə olduqca sadədir. İstifadə edilən məbləğ ayın sonuncu gününədək karta qaytarılmalıdır. Vaxtında edilməyən ödənişlər üçün hər 500 manat məbləğə görə 10 manat xidmət haqqı ödənilir. 

Kapital Bank 5 milyondan çox müştərisinin müxtəlif ehtiyaclarına uyğun fərqli həllər təklif edərək, hər kəsin güvənli maliyyə tərəfdaşı kimi çıxış edir. 2024-cü ili mükafatlarla dolu bir il olaraq davam etdirən bank bu nailiyyətləri ilə ölkənin maliyyə sektorundakı lider mövqeyini bir daha təsdiqləyir. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərpambıq MMC-nin ixrac gəlirləri 11 ayda 30,6% azalıb
Cəmiyyət 17:48
Azərpambıq MMC-nin ixrac gəlirləri 11 ayda 30,6% azalıb
Ucarda 14 nəfər zəhərlənib
Cəmiyyət 17:09
Ucarda 14 nəfər zəhərlənib
Neftçalanın sabiq icra başçısı azadlığa buraxılıb
Cəmiyyət 17:02
Neftçalanın sabiq icra başçısı azadlığa buraxılıb
"Bakı Gəmiqayırma Zavodu" AZAL-dan 5 milyon dollar faizsiz borc alıb
Cəmiyyət 16:58
"Bakı Gəmiqayırma Zavodu" AZAL-dan 5 milyon dollar faizsiz borc alıb

“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Cəmiyyət 16:50
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Nazirlik peşə məktəbi ilə bağlı illik hesabatı təqdim edib
Cəmiyyət 16:30
Nazirlik peşə məktəbi ilə bağlı illik hesabatı təqdim edib
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib
Cəmiyyət 16:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib
Bakı və bölgələrdə külək güclənib -FAKTİKİ HAVA
Cəmiyyət 16:11
Bakı və bölgələrdə külək güclənib -FAKTİKİ HAVA
Azərbaycanla Küveyt arasında əməkdaşlıq müzakirə olunub
Cəmiyyət 15:35
Azərbaycanla Küveyt arasında əməkdaşlıq müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol