• $ 1.7
  • € 2.0051
  • ₽ 0.022274
  • ₺ 0.0388
  • £ 2.2977

"Abzas media" üzrə növbəti məhkəmə dekabrın 17-də keçiriləcək

05.12.2024 12:06
Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Abzas media” işi üzrə növbəti məhkəmə keçiriləcək. Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. 
 
Bundan əvvəl Sadıqova bildirib ki, "Abzas media" işi üzrə ibtidai istintaq yekunlaşıb. 
 
"Abzas” media saytının direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kəkalov, jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı ekspert Fərid Mehrəlizadə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham olunublar.

Bunlar 206.4 (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (xüsusən külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar təşkilat tərəfindən törədildikdə) maddələridir. ), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürlərini, ştamplarını, blanklarını saxtalaşdırma, qanunsuz hazırlama və ya satma və ya saxta sənədlərdən istifadə etmə), Azərbaycan Cinayət Məcəlləsinin 320.2 (qəsdən saxta sənədlərdən istifadə etmə), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergidən yayınma).
 
Bu maddələr 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.
 
Aytac 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Cəmiyyət 22:30
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
KMBİ tələbələrin fotolarını yayan şəxsi saxlayıb
Cəmiyyət 21:33
KMBİ tələbələrin fotolarını yayan şəxsi saxlayıb
Marketlərdən oğurluq edən şəxslər saxlanılıb
Cəmiyyət 20:51
Marketlərdən oğurluq edən şəxslər saxlanılıb
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Cəmiyyət 20:01
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Leyla Əliyeva Vətən müharibəsi qazisi Rəvan Əzizovla görüşüb
Cəmiyyət 18:47
Leyla Əliyeva Vətən müharibəsi qazisi Rəvan Əzizovla görüşüb
Emin Əmrullayev Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Cəmiyyət 18:17
Emin Əmrullayev Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 18:08
Küləklə bağlı - Xəbərdarlıq
İqtisadi Şuranın iclası keçirilib
Cəmiyyət 18:02
İqtisadi Şuranın iclası keçirilib
Apteklərdə yoxlama aparılıb, nöqsanlar aşkar edilib
Cəmiyyət 17:42
Apteklərdə yoxlama aparılıb, nöqsanlar aşkar edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol