• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Polis Akademiyasına qəbul üçün müsabiqə elan olunub

Polis Akademiyasına qəbul üçün müsabiqə elan olunub
17.12.2024 18:20
Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan "Hüquqşünaslıq” ixtisasına 500, I qrupdan "İnformasiya təhlükəsizliyi” ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edir.

DİN-dən verilən məlumata görə, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan, və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan vətəndaşları iştirak edə bilər.

Xüsusi təyinatlı təhsil müəssisəsinə sənədlərin qəbulu 2025-ci il fevralın 23-dək namizədin daimi qeydiyyatda olduğu yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir.

"Hüquqşünaslıq” və "İnformasiya təhlükəsizliyi” ixtisas  fənləri üzrə müsabiqədən keçən abituriyentlərin siyahısı Dövlət İmtahan Mərkəzinə göndərilir. 

İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.
Seçilən abituriyentlərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır.Tədris Azərbaycan dilindədir, müddəti 4 ildir.

Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən müasir standartlara tam cavab verən yataqxanada yaşayırlar.

Məzunlara "Hüquqşünaslıq” və "İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə "polis leytenantı” xüsusi və "ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Qəbul qaydaları haqqında daha ətraflı məlumatları (012)-590-97-76, (012) 454-12-78, nömrəli telefonlar, habelə Polis Akademiyasının 8880 qaynar xətti vasitəsilə və ya www.mia.gov.az, www.pa.edu.az internet saytlarından, Polis Akademiyasının rəsmi instaqram və feysbuk sosial şəbəkələrindən əldə edə bilərsiniz.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Azərpoçt”un adından dələduzluq halları var
Cəmiyyət 17:16
“Azərpoçt”un adından dələduzluq halları var
Polisə dəstək olan mülki şəxslərin xüsusi geyim formaları olacaq
Cəmiyyət 17:02
Polisə dəstək olan mülki şəxslərin xüsusi geyim formaları olacaq
Sabah İmişlidə qaz olmayacaq
Cəmiyyət 16:52
Sabah İmişlidə qaz olmayacaq
Kəlbəcərdə yaşayış evlərinin tikintisinə 138 milyon manat xərclənəcək
Cəmiyyət 16:02
Kəlbəcərdə yaşayış evlərinin tikintisinə 138 milyon manat xərclənəcək
Magistraturaya qəbul imtahanı keçiriləcək
Cəmiyyət 15:57
Magistraturaya qəbul imtahanı keçiriləcək
Bu istiqamətdə əlavə reyslər təyin olunur
Cəmiyyət 14:58
Bu istiqamətdə əlavə reyslər təyin olunur
Şahnaz Bəylərqızının məhkəməsi təxirə düşüb
Cəmiyyət 13:39
Şahnaz Bəylərqızının məhkəməsi təxirə düşüb
Havanın temperaturu dəyişəcək - Xəbərdarlıq
Cəmiyyət 13:27
Havanın temperaturu dəyişəcək - Xəbərdarlıq
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:48
Sabah yağış gözlənilir - Hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol