• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Son bir həftədə təmizlənən minalı ərazilərin sayı açıqlanıb

Son bir həftədə təmizlənən minalı ərazilərin sayı açıqlanıb
23.12.2024 13:36
Dekabrrın 16-22-dək azad olunan ərazilərdən 26 tank əleyhinə mina, 104 piyada əleyhinə mina, 304 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 770.7  hektar ərazi minalardan təmizlənib.
 
Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 
 
Azərbaycan ərazilərinin minalanmasına görə Avropada üçüncü, dünyada isə onuncu yerdə qərarlaşıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsi prosesini ANAMA, Müdafiə Nazirliyi, Fövqəlada Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri və yerli minatəmizləmə şirkətləri birgə həyata keçirir. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 15:43
"Toplum TV" üzrə saxlanılan şəxslərin həbs müddəti daha 3 ay uzadılıb
AZAL Rusiya istiqamətində uçuşlarla bağlı qərar qəbul edəcək
Cəmiyyət 13:01
AZAL Rusiya istiqamətində uçuşlarla bağlı qərar qəbul edəcək
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:10
Sabahın hava proqnozu açıqlanıb
Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib
Cəmiyyət 16:04
Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib
Son bir həftədə təmizlənən minalı ərazilərin sayı açıqlanıb
Cəmiyyət 13:36
Son bir həftədə təmizlənən minalı ərazilərin sayı açıqlanıb
Prezident Mayıl Əhmədovla bağlı sərəncam imzalayıb
Cəmiyyət 16:11
Prezident Mayıl Əhmədovla bağlı sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol