• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb
23.07.2025 18:24

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 23-də Şuşada, Xan qızı Natəvanın evi qarşısında “Sözün hökmdarı” adlı teatr tamaşası təqdim olunub.

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi səhnə əsərinin ssenari müəllifi şair və yazıçı İlqar Fəhmidir. Tamaşa tarix boyunca hökmranlıq etmiş şəxsiyyətlərin şeirə və sözə münasibətini, həmçinin onların siyasi gücünə baxmayaraq daşıdıqları mənəvi incəlikləri səhnələşdirilmiş süjet xətti ilə çatdırıb.

Tamaşa ilə yanaşı, Şuşanın mədəni ruhu bir daha canlanıb, şeir və qəzəl sədaları Qarabağ səmasında əks-səda verib. Bu il də Vaqif Poeziya Günləri qədim mədəniyyət mərkəzi olan Şuşada xüsusi bədii təqdimatla yekunlaşıb.

Tarixi arayışa görə, Vaqif Poeziya Günlərinin əsası 1982-ci ilin yanvarında, Ümummilli Lider Heydər Əliyevin Şuşaya səfəri zamanı qoyulub. Həmin il Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evinin təntənəli açılışından sonra tədbir hər il təşkil olunurdu. 1991-ci ilə qədər Qazaxdan başlayıb, Şuşadakı Cıdır düzündə sona çatan Vaqif Poeziya Günləri, şəhərin 2020-ci ildə azad edilməsindən sonra yenidən doğma yurdunda bərpa olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən zəfər nəticəsində azad edilən Şuşa bu gün yenidən Azərbaycan ədəbiyyatı və mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilməkdədir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol