Sabirabadda ağır qəza olub, ölən və xəsarət alan var
![Sabirabadda ağır qəza olub, ölən və xəsarət alan var Sabirabadda ağır qəza olub, ölən və xəsarət alan var](https://anews.az/photo/850x500/2024-12/1735648066_endirme-16.jpeg)
Sabirabadda ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.
"VAZ 2107” markalı avtomobilin maneəyə çırpılması nəticəsində Güdəcühür sakini 1987-ci il təvəllüdlü Rəhimov Rəşad Rafayıl oğlu hadisə yerində ölüb.
Qəza zamanı xəsarət alan Sabirabad rayonunun Güdəcühür kənd sakini, 2007-ci il təvəllüdlü Baxışlı Sahib Sədulla oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)