• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Vəzifəli şəxslər məhkəmə zalında həbs edilib

Vəzifəli şəxslər məhkəmə zalında həbs edilib
06.02.2025 14:51
 Əmlak Məsələləri Dövlət Xidmətinin dələduzluqda ittiham edilən məmurları Pəhlivan Güləliyev, Yusif Balabəyov və Azər Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinərək məhkəmə zalında həbs ediliblər. 

Pəhlivan Güləliyev və Azər Əliyev  "Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri” publik hüquqi şəxsin tabeliyindəki MMC-də mühəndis işləyiblər.
 
Şamaxı bələdiyyəsində mühasib işləyən Yusif Balabəyov onlara  Pərvin adlı şəxsin  ona müraciət edərək Yeni Suraxanı qəsəbəsində 2,35 hektar sahibsiz torpaq sahəsi tapdığını və onu sənədləşdirmək istədiyini bildirib.  Həmin şəxslər Pərvinə bu işi 250 min manat qarşılığında həll edəcəklərini, torpağı 25 yerə bölərək hərəsi 10 sot olmaqla 25 müxtəlif şəxsin adına rəsmiləşdirəcəklərinə söz veriblər.

Lakin adları çəkilən şəxslər 250 min manat pul alsalar da, ərazisində yerləşən magistral neft və qaz kəmərlərinin mühafizə zonası olmaqla "Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar” kateqoriyasına aid dövlət mülkiyyəti olan 2,35 ha torpaq sahəsini özəlləşdirə bilməyiblər.
 
Verdiyi pulları da geri ala bilmədiyini görən Pərvin bununla bağlı Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və cinayət işi açılıb.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Cəmiyyət 15:55
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
Cəmiyyət 14:58
Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
Bakıda "Rus evi" sökülüb
Cəmiyyət 13:22
Bakıda "Rus evi" sökülüb
Şəmkirdə yeni məktəb istifadəyə verilib
Cəmiyyət 13:00
Şəmkirdə yeni məktəb istifadəyə verilib
Sabah bəzi yollar buz bağlayacaq - Hava proqnozu
Cəmiyyət 12:56
Sabah bəzi yollar buz bağlayacaq - Hava proqnozu
Masallıda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:44
Masallıda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Hərbi hissələrdə görüşlərə müvəqqəti qadağa qoyulur
Cəmiyyət 11:13
Hərbi hissələrdə görüşlərə müvəqqəti qadağa qoyulur
Bakı, Sumqayıt və Abşeronda pensiyalar tam ödənib
Cəmiyyət 10:52
Bakı, Sumqayıt və Abşeronda pensiyalar tam ödənib
Üç il əvvəl itkin düşən turistin qalıqları tapılıb
Cəmiyyət 09:58
Üç il əvvəl itkin düşən turistin qalıqları tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol