• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Sabahdan Mingəçevir-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi açılır

Sabahdan Mingəçevir-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi açılır
07.02.2025 10:29
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 8 fevral tarixindən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Məqsəd "Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, reyslər Mingəçevir Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Mingəçevirə isə 16:00-da həyata keçiriləcək.

Mingəçevir-Şuşa-Mingəçevir reysi üzrə bir istiqamət üçün biletin qiyməti 5,50 manat təşkil edir. Bu reys üzrə Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələri kimi müəyyən edilib. Mingəçevir-Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 4,50 manat, Mingəçevir – Xankəndi aralıq məntəqəsi üçün biletin qiyməti 5 manatdır.

Biletləri "biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Cəmiyyət 15:55
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
Cəmiyyət 14:58
Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
Bakıda "Rus evi" sökülüb
Cəmiyyət 13:22
Bakıda "Rus evi" sökülüb
Şəmkirdə yeni məktəb istifadəyə verilib
Cəmiyyət 13:00
Şəmkirdə yeni məktəb istifadəyə verilib
Sabah bəzi yollar buz bağlayacaq - Hava proqnozu
Cəmiyyət 12:56
Sabah bəzi yollar buz bağlayacaq - Hava proqnozu
Masallıda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:44
Masallıda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Hərbi hissələrdə görüşlərə müvəqqəti qadağa qoyulur
Cəmiyyət 11:13
Hərbi hissələrdə görüşlərə müvəqqəti qadağa qoyulur
Bakı, Sumqayıt və Abşeronda pensiyalar tam ödənib
Cəmiyyət 10:52
Bakı, Sumqayıt və Abşeronda pensiyalar tam ödənib
Üç il əvvəl itkin düşən turistin qalıqları tapılıb
Cəmiyyət 09:58
Üç il əvvəl itkin düşən turistin qalıqları tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol