DİN məktəblinin payladığı kağızla bağlı açıqlama yayıb
![DİN məktəblinin payladığı kağızla bağlı açıqlama yayıb DİN məktəblinin payladığı kağızla bağlı açıqlama yayıb](https://anews.az/photo/850x500/2025-02/1738915855_1738915774_1738866417_yyy.png)
210 saylı məktəbdə şagirdə paylayanan kağız onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq üçün istifadə olunub. Bunu Daxili İşlər Naziri Elşad Hacıyev anews.az-ın sorğusuna cavab olaraq bildirib.
Bir gün əvvəl Nurlan Mirəli sosial hesabında paylaşım edərək bildirib ki, onun övladına yuxarı sinif şagirdləri tərəfindən içi fiqurlarla yazılığı kağız paylanılıb və kağızın altında nömrə qeyd olunub.
Valideyn bu oyunları araşdıraraq təhlükəli olduğunu və bu məsələnin araşdırılmasını xahiş edib.
"İki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib. Polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur", - Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev bildirib.
Hacıyev valideynlərə tövsiyə edərək vurğulayıb ki, uşaqların internetdə istifadə etdikləri oyunlara diqqətlə yanaşsınlar.
"Valideynlər bilməlidir ki, internet təkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, risk və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatı azyaşlıları naməlum şifrəli, təhlükəli "əmr”lərin icraçısına çevirməsi ehtimalı var. Heç bir valideyn düşünməsin ki, "mənim övladım bunu etməz”. Uşaqlara nəzarət dövrün əsas qaydası yox, tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır”, - o bildirib.
Şagirdlərin payladığı onlayn oyunla bağlı sosial şəbəkələrdə də bir neçə komanda görüntüləri olan materiallar paylaşılıb. Lakin bu komanda oyunları böyük şəxslər arasında təşkil edilib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)