• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Küləkli hava daha 2 gün davam edəcək - Yenilənib

Küləkli hava daha 2 gün davam edəcək - Yenilənib
08.02.2025 16:11

Milli Hidrometeorologiya Xidmətinin saat 15:30-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Belə ki,Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Tovuz, Şəki (Kişçay), Oğuz, Qəbələ, Zaqatalada (Əlibəy) arabir qar, Tərtər, Gəncə, Şəmkir, Şamaxı, Astarada isə yağış yağır. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində də zəif qar müşahidə olunur.

Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 27 m/s-yə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Zaqatala, Şəki, Şamaxı, Lerik, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Gəncədə duman müşahidə olunur. Dumanda görünüş 1000 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti fevralın 10-dək davam edəcək.

 09:26
 
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Dağlıq rayonlara qar yağır. Yağan qarın hündürlüyü Lerikdə 79, Yardımlıda 23, Qubada (Qrız) 19,  Kəlbəcərdə 17, Şahdağda 14, Şuşada 12, Laçında 7, Xaltanda 6, Xankəndində 4, Qusar, Şahbuzda 1 sm-dir.

Bəzi yerlərdə yağış yağır.Düşən yağıntının miqdarı Astara, Lənkəranda 13 mm, Daşkəsən, Şəmkir, Gəncə, Zaqatala, Neftçala, Biləsuvar, Tərtər, Zaqatala, Cəlilabadda eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Ölkənin bəzi ərazilərində güclü şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında arabir 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb.

Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Bərdə, Tərtər, Gəncə, Naftalan, Şəmkirdə duman müşahidə olunur. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də  Aran rayonlarında 3 dərəcəyədək isti,  Naxçıvan MR-da və  dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Cəmiyyət 15:55
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
Cəmiyyət 14:58
Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
Bakıda "Rus evi" sökülüb
Cəmiyyət 13:22
Bakıda "Rus evi" sökülüb
Şəmkirdə yeni məktəb istifadəyə verilib
Cəmiyyət 13:00
Şəmkirdə yeni məktəb istifadəyə verilib
Sabah bəzi yollar buz bağlayacaq - Hava proqnozu
Cəmiyyət 12:56
Sabah bəzi yollar buz bağlayacaq - Hava proqnozu
Masallıda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:44
Masallıda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Hərbi hissələrdə görüşlərə müvəqqəti qadağa qoyulur
Cəmiyyət 11:13
Hərbi hissələrdə görüşlərə müvəqqəti qadağa qoyulur
Bakı, Sumqayıt və Abşeronda pensiyalar tam ödənib
Cəmiyyət 10:52
Bakı, Sumqayıt və Abşeronda pensiyalar tam ödənib
Üç il əvvəl itkin düşən turistin qalıqları tapılıb
Cəmiyyət 09:58
Üç il əvvəl itkin düşən turistin qalıqları tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol