Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatların səviyyəsi 50 %-dən aşağı düşüb
![Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatların səviyyəsi 50 %-dən aşağı düşüb Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatların səviyyəsi 50 %-dən aşağı düşüb](https://anews.az/photo/850x500/2025-02/1739000533_cenubi-qafqaz-boru-kemeri.jpg)
Dünya bazarı üçün əsas göstəricilərdən biri olan Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi onların tutumunun 50 %-dən aşağı düşüb.
Fevralın 6-na olan vəziyyətə əsasən, ehtiyatların səviyyəsi 49,95 % təşkil edib. Bu göstərici son beş ilin orta səviyyəsindən (58,04 %) 8 faiz bəndi aşağıdır. GIE-nin 2011-ci ildən apardığı müşahidələrə əsasən, bu tarixdə doqquz il ərzində ehtiyatlar daha yüksək olub, beş il isə indiki səviyyədən aşağı olub.
Qazın cari mövsümdə intensiv istifadəsi səbəbindən Avropanın yeraltı qaz anbarlarının ehtiyatlarını yay aylarında artırmaq və istifadə mövsümünün başlanmasına qədər 90 %-lik hədəfə çatdırmaq üçün daha çox tədarükə ehtiyac olacaq. "Qazprom”dan qaz tədarükünə qoyulan məhdudiyyətlər fonunda Avropa İttifaqının bu direktivinə əməl etməsi, 2025-ci ildə qlobal qaz qiymətlərinə ciddi dəstək verəcək.
Bundan əlavə, Avropa enerji sektoru qaz istehsalı ilə külək elektrik stansiyalarından enerji təchizatındakı kəsiri kompensasiya etməyə məcburdur. 2025-ci ilin fevral ayının ilk həftəsində külək turbinləri Avropanın elektrik enerjisi tələbatının cəmi 12 %-ni təmin edib. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici təxminən iki dəfə yüksək – 22 % olub
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)