• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bakıda bu restoranın fəaliyyəti dayandırılıb

Bakıda bu restoranın fəaliyyəti dayandırılıb
08.02.2025 12:58
Bakı şəhəri, Qaradağ rayonu, Bəxtiyar Əliyev küçəsi, ev 18 ünvanında yerləşən "Xəzri” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu müəyyən edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilən yoxlama zamanı həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
 
Belə ki;
- obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

- obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

- fasad hissənin üzlənməsində istifadə olunmuş materialların yanma qrupunu müəyyən edən müvafiq sənədlər təqdim olunmayıb;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyekt yanğın su hovuzu və daxili yanğın su kranları ilə təmin olunmayıb;

- obyekt odsöndürən balonlarla tam təmin edilməyib;

- təxliyə planı mövcud deyil;

- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 18 ünvanında yerləşən "Xəzri” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Cəmiyyət 15:55
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
Cəmiyyət 14:58
Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
Bakıda "Rus evi" sökülüb
Cəmiyyət 13:22
Bakıda "Rus evi" sökülüb
Şəmkirdə yeni məktəb istifadəyə verilib
Cəmiyyət 13:00
Şəmkirdə yeni məktəb istifadəyə verilib
Sabah bəzi yollar buz bağlayacaq - Hava proqnozu
Cəmiyyət 12:56
Sabah bəzi yollar buz bağlayacaq - Hava proqnozu
Masallıda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:44
Masallıda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Hərbi hissələrdə görüşlərə müvəqqəti qadağa qoyulur
Cəmiyyət 11:13
Hərbi hissələrdə görüşlərə müvəqqəti qadağa qoyulur
Bakı, Sumqayıt və Abşeronda pensiyalar tam ödənib
Cəmiyyət 10:52
Bakı, Sumqayıt və Abşeronda pensiyalar tam ödənib
Üç il əvvəl itkin düşən turistin qalıqları tapılıb
Cəmiyyət 09:58
Üç il əvvəl itkin düşən turistin qalıqları tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol