Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib
![Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib Bakıdakı "Rus evi" fəaliyyətini dayandırmağa hazırlaşdığını təsdiqləyib](https://anews.az/photo/850x500/2025/02/11/1739271584_477064529_1064445565720577_777667686095432699_n.jpg)
Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə “Rossotrudniçestvo”nun Bakıdakı nümayəndəliyi - Rus Evi fəaliyyətini dayandırmaq üçün tədbirlər görür. Bu barədə "Rus evi" rəsmi facebook səhifəsində paylaşım edərək bildirib.
Bugün yerli mətbuatda binanın üzərində yazılan Русский дом yazısı çıxarılan xəbərlər paylaşılıb.
Bundan əvvəl Rusiya prezidentinin sözçüsü peskov açıqlama verərək bildirib ki, Bakıda bağlanması qərarı verilən Rus Evi barədə ən yüksək səviyyədə Vladimir Putin və İlham Əliyev arasında müzakirələr aparıla bilər.
evralın 3-də Azərbaycan Rusiya tərəfinə Rusiya Evinin hüquqi şəxs kimi qeydiyyata alınmaması səbəbindən fəaliyyətini dayandırması barədə nota göndərib.
"Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıdan notanın alındığını təsdiqləyib. O, bildirib ki, "Rus Evi” kirayə götürdüyü binanı yaxın vaxtlarda satmaq planlarını ev sahibinin elan etməsi ilə əlaqədar ay yarım ərzində boşaltmalıdır. Hələlik mərkəz fəaliyyətini davam etdirir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)