On iki gündə təcili yardıma 12 minə yaxın əsassız və nəticəsiz müraciət daxil olub
![On iki gündə təcili yardıma 12 minə yaxın əsassız və nəticəsiz müraciət daxil olub On iki gündə təcili yardıma 12 minə yaxın əsassız və nəticəsiz müraciət daxil olub](https://anews.az/photo/850x500/2025/02/12/1739348479_1729151742_tecili-yardim-yeni.jpg)
Fevralda ötən 12 günü ərzində təcili yardıma edilən müraciətlərin 4 879-u əsassız olub. Bu barədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin yaydığı məlumatda qeyd olunub.
Ay ərzində ümumilikdə "103" Çağrı Mərkəzinə 71 501 müraciət daxil olub.
Eyni zamanda 7 099 şəxsin müraciəti nəticəsiz qalıb. ( yerində tapılmadı, tibbi yardımdan imtina və həkimə qədər ölüm və s.qeydə alınıb )
Bundan əvvəl TƏBİB-in sədri Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, 2025-ci il Təcili və təxirəsalınmaz tibbi yardımın tam rəqəmsallaşdırılması planlaşdırılır.
TƏBİB tərəfindən 2024-cü il ərzində 80 təcili tibbi yardım maşını alınıb.
İcbari tibbi sığorta xidmətlərindən bu yana 349 yeni ambulans alınıb.
Gülnar Nazimqızı