• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir

Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir
12.02.2025 12:31

Uşaqların I sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunub. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, uşağın ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşaması, uşağın bacı və ya qardaşlarından birinin həmin ümumi təhsil müəssisəsində təhsil alması və uşağın valideynlərindən birinin həmin ümumi təhsil müəssisəsində işləməsi meyyarları nəzərə alınacaq.

Ötən il üstünlük hüququ tətbiq edilən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edildi. Bu il isə Sumqayıt şəhəri üzrə də prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin mikroəraziləri ictimaiyyətə elan ediləcək.

Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 3-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu istiqamətdə əlavə reyslər təyin olunur
Cəmiyyət 14:58
Bu istiqamətdə əlavə reyslər təyin olunur
Şahnaz Bəylərqızının məhkəməsi təxirə düşüb
Cəmiyyət 13:39
Şahnaz Bəylərqızının məhkəməsi təxirə düşüb
Havanın temperaturu dəyişəcək - Xəbərdarlıq
Cəmiyyət 13:27
Havanın temperaturu dəyişəcək - Xəbərdarlıq
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:48
Sabah yağış gözlənilir - Hava proqnozu
Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir
Cəmiyyət 12:31
Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir
On iki gündə təcili yardıma 12 minə yaxın əsassız və nəticəsiz müraciət daxil olub
Cəmiyyət 12:08
On iki gündə təcili yardıma 12 minə yaxın əsassız və nəticəsiz müraciət daxil olub
Yanvarda 4 minə yaxın şəxsə əlilik təyin edilib
Cəmiyyət 11:40
Yanvarda 4 minə yaxın şəxsə əlilik təyin edilib
Ət niyə maya dəyərindən 3-4 dəfə baha satılır - Video
Cəmiyyət 11:34
Ət niyə maya dəyərindən 3-4 dəfə baha satılır - Video
Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 11:10
Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol