Ukraynaya dəstək növbəti 10 il ərzində Avropaya 3,1 trilyon dollara başa gələcək
![Ukraynaya dəstək növbəti 10 il ərzində Avropaya 3,1 trilyon dollara başa gələcək Ukraynaya dəstək növbəti 10 il ərzində Avropaya 3,1 trilyon dollara başa gələcək](https://anews.az/photo/850x500/2025/02/13/1739455338_ukrayna.jpg)
Ukraynaya dəstək vermək və öz silahlı qüvvələrini genişləndirmək ən böyük Avropa ölkələrinə növbəti 10 il ərzində əlavə 3,1 trilyon dollara başa gələ bilər. Bu barədə Bloomberg Economics bildirib.
Agentliyin hesablamalarına görə, Ukrayna silahlı qüvvələrinin yenidən qurulması 10 il ərzində qoşunların nizamlanma anındakı vəziyyətindən asılı olaraq təxminən 175 milyard dollara başa gələ bilər.
Məlumata görə,maliyyələşmə borc hesabına həyata keçirilərsə, NATO-nun beş ən böyük Avropa üzvü növbəti 10 il ərzində əlavə 2,7 trilyon dollar borc vəsaitinə ehtiyac duyacaq.
Bloomberg qeyd edib ki, Avropa yükün böyük hissəsini öz üzərinə götürməyə hazır deyil.
Aytac