• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

Ağdamda yük maşını minaya düşüb- YENİLƏNİB

Ağdamda yük maşını minaya düşüb- YENİLƏNİB
14.02.2025 12:10

Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində fevralın 14-də mina hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Məlumata görə, Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb. Partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

***

Ağdamda yük maşını minaya düşüb.

Hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb.

Mina partlaması nəticəsində ərazidə işləyən "Howo" markalı yük maşınına ziyan dəyib. Xəsarət alan olmadığı bildirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı – Quba yolunda qəza olub, 4 pakistanlı yaralanıb
Cəmiyyət 22:57
Bakı – Quba yolunda qəza olub, 4 pakistanlı yaralanıb
Ağstafada 4 nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 20:25
Ağstafada 4 nəfər dəm qazından zəhərlənib
Şəkidə yol qəzası baş verib, ölən və yaralananlar var
Cəmiyyət 19:55
Şəkidə yol qəzası baş verib, ölən və yaralananlar var
“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır
Cəmiyyət 19:23
“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır
“BakıKart”da problem yaranıb
Cəmiyyət 18:40
“BakıKart”da problem yaranıb
Ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 16:01
Ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb
Bakıda beşmərtəbəli binadakı yanğın söndürülüb - Video - Yenilənib
Cəmiyyət 15:02
Bakıda beşmərtəbəli binadakı yanğın söndürülüb - Video - Yenilənib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Cəmiyyət 12:50
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Sabah hava yağmursuz olacaq
Cəmiyyət 12:23
Sabah hava yağmursuz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol