• $
  • €
  • ₽
  • ₺
  • £

Thomson Reuters Maskı intizarda qoymadı, cavabını verdi

Thomson Reuters Maskı intizarda qoymadı, cavabını verdi
14.02.2025 11:15

Thomson Reuters ABŞ Müdafiə Nazirliyi ilə bağlı biznesinin "səhv təqdim edildiyini" bildirib

ABŞ Müdafiə Nazirliyi ilə işgüzar əlaqələri barədə sosial mediada Elon Musk və keçmiş prezident Donald Tramp tərəfindən irəli sürülən iddialar həqiqəti əks etdirmir. Onlar Reuters-i hökumət üçün "genişmiqyaslı sosial manipulyasiyada" rol oynamaqda ittiham ediblər.Bu barədə Thomson Reuters Xəbər Agentliyi cümə axşamı nəşr etdiyi məlumatda bildirib. 

Sözügedən müqavilə 2018-ci ildə Trampın ilk prezidentlik dövründə bağlanıb və 2022-ci ildə başa çatıb. Müqavilə dəyəri 9 milyon dollar olan dördillik bir razılaşmadan gedir. Bu müqavilə ABŞ Müdafiə Nazirliyi ilə mərkəzi Torontoda olan Thomson Reuters Special Services (TRSS) şirkəti arasında imzalanıb. Onun məqsədi ABŞ hökumətini "sosial mühəndislik" elementlərindən qorumaq idi ki,  bu, insanların həssas məlumatlarını açıqlamağa təhrik edildiyi bir kiber hücum formasıdır.

DARPA-nın (ABŞ Müdafiə Nazirliyinin qabaqcıl tədqiqat və inkişaf qurumu) sözçüsü Tabata Tompson bildirib ki, TRSS müqaviləni qazanmaq üçün rəqabətli seçim prosesindən keçib.

"Thomson Reuters Special Services (TRSS) bizim müdafiə alətlərimizin effektivliyini qiymətləndirmək üçün seçilib. Onlar bu alətlərin effektivliyini test ediblər", –  o bildirib.

Tramp isə cümə axşamı Truth Social platformasında etdiyi paylaşımda Reuters-dən ABŞ hökumətinə 9 milyon dolları geri qaytarmasını tələb edib.

"DOGE: Görünür ki, radikal solçu Reuters Müdafiə Nazirliyindən ‘genişmiqyaslı sosial manipulyasiya’ni aparmaq üçün 9 milyon dollar alıb. PULU GERİ QAYTARIN, İNDİ!", -  Tramp yazıb.

Thomson Reuters TRSS-nin ABŞ-da müstəqil idarə olunan hüquqi qurum olduğunu bildirib və Reuters-in jurnalist etikası prinsiplərinə riayət etdiyini vurğulayıb.

"TRSS artıq onilliklərdir ki, ABŞ hökumət agentliklərinə fırıldaqçılığın qarşısının alınması, ictimai təhlükəsizliyin qorunması və ədalətin təmin edilməsi məqsədilə proqram təminatı və informasiya xidmətləri təqdim edir", – Thomson Reuters Special Services-in baş direktoru Stiv Rubley bildirib.

Musk, Ağ Ev və Müdafiə Nazirliyi bu məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Müqavilə "ACTIVE SOCIAL ENGINEERING DEFENSE (ASED) LARGE SCALE SOCIAL DECEPTION (LSD)" adlanıb və ABŞ Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyası tərəfindən TRSS-yə verilib. Müqavilənin maliyyələşdirilməsi DARPA tərəfindən həyata keçirilib.

DARPA Reuters-ə bildirib ki, 2022-ci ildə başa çatan ASED proqramı insanları "sosial mühəndislik" hücumlarından qorumaq üçün alətlər hazırlamaq məqsədi daşıyıb.

"Genişmiqyaslı Sosial Manipulyasiya" termini isə TRSS tərəfindən həyata keçirilən və düşmən hücumlarını simulyasiya edən "qırmızı komanda" təklifinin adıdır", –  DARPA nümayəndəsi qeyd edib.

Thomson Reuters Special Services 2010-cu ildən bu yana müxtəlif federal agentliklərdən 120 milyon dollardan çox dəyərində müqavilə həyata keçirib. 

Bura Müdafiə Nazirliyi ulə bağlanan  60 milyon dollardan çox dəyəri olan və Daxili Təhlükəsizlik Nazirliyi – 55,85 milyon dollar dəyərində olan müqavilələr daxildir. 

Bu məsələ Elon Musk-ın hökumət xərclərinin azaldılmasını hədəfləyən "Hökumət Effektivliyi Departamenti" (DOGE) təşəbbüsünə rəhbərlik etdiyi bir vaxtda gündəmə gəlib. 

DOGE üzvləri dövlət kompüter sistemlərindəki işçi heyəti və ödəniş məlumatlarını araşdıraraq iki ABŞ agentliyinin ləğvi ediblər. 
 

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol